Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video |
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir

08.09.2026 14:41 534
Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir
Çin avtomobillərinin Azərbaycana idxalı ilə bağlı tətbiq olunan yeni qaydalar avtomobil bazarında müəyyən dəyişikliklərə səbəb olub. Xüsusilə yeni avtomobillərin birbaşa zavoddan ölkəyə gətirilməsi ilə bağlı tələblərin sərtləşdirildiyi bildirilir. Yeni qaydaların əsas məqsədlərindən biri qısa müddət əvvəl qeydiyyata alınmış avtomobillərin xarici bazarlara ixracının qarşısını almaqdır. Bu dəyişikliklərin Azərbaycana avtomobil tədarükünün müddətinə və idxal prosesinə təsir göstərə biləcəyi qeyd olunur. Məlumata görə, bəzi hallarda avtomobilin ixracdan əvvəl Çində qeydiyyata alınması və müəyyən müddətin keçməsi tələb olunur. Az müddət əvvəl istehsal və qeydiyyat olunan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı əlavə prosedurlar yarana bilər. Bəs yeni qaydalar Azərbaycanda avtomobil bazarına və qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, Çin avtomobillərinin ixracı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub:

“Əvvəllər istehsal olunan kimi avtomobilin birbaşa xarici bazara göndərilməsi mümkün idisə, indi proses bir qədər fərqlidir. Xüsusilə yeni avtomobillərin ixracı ilə bağlı əlavə tələblər müəyyənləşdirilib. Avtomobil Çində qeydiyyata alınmalı və müəyyən müddət orada qalmalıdır. Yəni bir neçə günlük, 15-20 günlük, bir aylıq və ya iki aylıq avtomobillərin əvvəlki qaydada Azərbaycana gətirilməsi artıq mümkün deyil və ya bunun üçün əlavə prosedurlar tələb olunur. Bəzi hallarda avtomobil Çində alınır, qeydiyyata salınır və müəyyən müddətdən sonra ixrac edilir”.
O qeyd eidb ki, burada əsas məqsəd faktiki olaraq sıfır yürüşlü avtomobillərin ikinci əl avtomobil kimi xarici bazarlara çıxarılması praktikasının qarşısını almaqdır:

“Bu dəyişikliklər, xüsusilə Çin avtomobillərinin paralel idxalı ilə məşğul olan şirkətlər üçün prosesin uzanmasına və avtomobillərin Azərbaycana çatdırılma müddətinin artmasına səbəb ola bilər. Eyni zamanda, əlavə tələblər logistika və avtomobilin son satış qiymətinə də təsir göstərə bilər. Ona görə də hazırda Çin avtomobillərinin Azərbaycana gətirilməsi ilə bağlı əvvəlki mexanizm tam olaraq eyni deyil. Xüsusilə BYD, Changan və digər Çin markalarının avtomobillərini xaricdən sifariş edən şəxslər avtomobilin qeydiyyat tarixini, ixrac statusunu və istehsalçı tərəfindən tələb olunan sənədləri əvvəlcədən dəqiqləşdirməlidirlər”.

Aysel

Son xəbərlər