Mojo.az Banner
Son Xəbərlər
23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Hörmüz böhranının Azərbaycana təsirləri: "Bu maşınların qiyməti cüzi arta bilər"

01.04.2026 21:39 756
Hörmüz böhranının Azərbaycana təsirləri:
Hörmüz boğazı ətrafında baş verən hadisələr artıq qlobal sənayeyə ciddi təsir göstərməyə başlayıb. Müharibənin nəticələri yalnız enerji və logistika sahələri ilə məhdudlaşmır, eyni zamanda dünya üzrə istehsal və təchizat zəncirlərinə də birbaşa təsir edir.

ABŞ-da fəaliyyət göstərən "Auto Care Association" bildirir ki, xüsusilə təkər, kabel sistemləri, plastik hissələr və yağlar kimi əsas komponentlərdə yaranan fasilələr istehsal xətlərinin dayanmasına qədər gətirib çıxara bilər.

Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına və qiymətlərə necə təsir edə bilər?

Qaynarinfo-ya mövzunu şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına o qədər də mənfi təsir etmir:

"Ümumiyyətlə, Azərbaycana avtomobillər müxtəlif ölkələrdən, müxtəlif marşurutlarla idxal olunur. Ona görə də biz bir marşrutdan asılı deyilik. Sadəcə həmin bölgədən gətirilən maşınların yol xərcləri bir qədər arta bilər, onların ehtiyat hissələrnin ölkəyə gətirilməsi üçün yubanmalar ola bilər. Amma alternativ marşrutlar mövcuddur".

"Hansı avtomobillərin qiymətinə təsir edə bilər" sualını cavablandıran ekspertin fikrincə, bəzi model avtomobillər, xüsusi ilə yolsuzluq avtomobillərinin (daha çox Dubaydan gətirilən ikinci əl avtomobillər) ölkədə qıtlığı yaransa, həmin maşınlar ölkəyə gec gəlsə, daşınma xərcləri artsa, bu qiymətlərə cüzi də olsa, təsir edəcək:

"Bununla belə, Azərbaycan avtomobil bazarında tədarük fasiləsi yarana bilməz. Çünki ölkəmizin idxal marşruları artıq diferensiallaşdırılıb. Yəni, biz bir ölkədən, bir marşrutdan asılı deyilik".

скачать dle 11.3

Son xəbərlər