Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq

19.10.2026 21:34 351
Moskvada
Oktyabrın 1-dən 10-dək Rusiyanın Moskva vilayətində keçirilən "Qeyri-leqal-2026" əməliyyatından sonra polis 6 559 əcnəbinin Rusiyadan inzibati qaydada çıxarılması barədə qərar qəbul edib. Daha 18 615 nəfərin Rusiyaya girişinə qadağa qoyulub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, oktyabrın 1-dən 10-dək Moskva vilayətində "Qeyri-leqal-2026" federal kompleks əməliyyat-profilaktik tədbirlərinin ikinci mərhələsi keçirilib. Tədbirlərin məqsədi qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq, miqrasiya sahəsində inzibati hüquqpozmaları və cinayətləri aşkar etmək olub.

"Əməliyyat nəticəsində miqrasiya sahəsində 16 103 qanun pozuntusu aşkarlanıb. Rusiya ərazisində qalma qaydalarının pozulmasına görə 10 818, qanunsuz əmək fəaliyyətinə görə isə 1 677 inzibati protokol tərtib edilib", - deyə qurumdan əlavə olunub.

Bundan başqa, Baş İdarənin məlumatına görə, əcnəbilərin qanunsuz işə cəlb edilməsinə görə işəgötürənlərlə bağlı 2 393 protokol tərtib edilib.

"Əvvəllər barələrində qəbul edilmiş inzibati qaydada ölkədən çıxarılma qərarlarını icra etməyən 214 əcnəbi aşkarlanaraq məsuliyyətə cəlb edilib. Həmin şəxslər müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilib və mənşə ölkələrinə məcburi göndərilmələrini gözləyirlər", - deyə mətbuat xidmətindən bildirilib.

Son xəbərlər