Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |    
Mojo.az Avto
Mojo.az Avto

Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal

26.10.2026 11:01 426
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:

"Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək.

Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsinlər. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmaram və dəstək verərəm".

Bir daha qeyd edək ki, Əhməd Əlizadə deputatın böyük oğludur və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadə Əhmədli qəsəbəsində yerləşən kafedə qətllə nəticələnən kütləvi davada iştirak etdiyi üçün saxlanılıb.

Xatırladaq ki, deputat Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, AMİP-ə 2015-ci ildən rəhbərlik edir.

Son xəbərlər