Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik

27.10.2026 17:15 162
Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik
Tunellər, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalarının tikilməsi və quraşdırılması, depoların tikilməsi və genişləndirilməsi məqsədilə dövlət ehtiyacları kimi torpaq sahələrinin alınması mümkün olacaq.

Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, qanun layihəsi Azərbaycanda nəqliyyat infrastrukturunun, o cümlədən metro və dəmir yolu şəbəkələrinin inkişafı, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrası məqsədilə hazırlanıb.

Layihə metro və dəmir yolu infrastrukturu üzrə müəyyən edilən strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi cəhətdən təmin olunacaq.

Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Adıçəkilən Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.

Təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına, habelə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasına xidmət edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər