Mojo.az Banner
20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |     19:31 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:52 Qazaxda yeniyetmə çayda batıb  |     18:49 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur  |     18:37 Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var  |     18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |     17:09 Bakının mərkəzində iki yol bağlanacaq  |     17:00 Azərbaycanda repetitorluq ləğv ediləcək? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Bu torpaqları dövlət ehtiyacları üçün alan orqan müəyyən edildi

27.09.2019 12:36 4 451
Bu torpaqları dövlət ehtiyacları üçün alan orqan müəyyən edildi
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqan müəyyən edilib.

Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilsin.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda, bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner