Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA

18.11.2026 22:35 24
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
Bir sıra KİV-lərdə dövlət qulluğu imtahanında iki fənnin - Azərbaycan dili və informatikanın ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Xanlar Xanlarzadə qeyd edib ki, test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin qaydalarda öz əksini tapacaq.

Beləliklə, dövlət qulluğu imtahanında Azərbaycan dili və informatika fənlərinin ləğv edilməsi ilə bağlı hazırda hər hansı hüquqi qərar yoxdur. İmtahanın məzmunu və fənlərlə bağlı məsələlər müvafiq qaydalar hazırlanaraq təsdiq edildikdən sonra müəyyənləşəcək. \\\ Trend

Son xəbərlər