Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert
2027-ci ildə taksi sürücülərinin vergi ödəmə qaydasının dəyişdirilməsinin gedişhaqqına təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sürücülərin gəlir vergisinin artması taksi xidmətlərinin qiymətinin yüksəlməsinə səbəb olmayacaq.
Onun sözlərinə görə, taksi tarifləri vergi mexanizmindən asılı olmayan müxtəlif amillər əsasında formalaşır.
"Demək olmaz ki, vergi hesablama sistemi dəyişəndən sonra taksilərin qiyməti yüksələcək", deyə ekspert vurğulayıb.
Qeyd edək ki, 2027-ci ildən taksi sürücülərinin vergi ödəmə mexanizminin dəyişdirilməsi təklif olunur. Gələn ilin dövlət büdcəsi zərfinə daxil edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, taksi sifarişi operatorları vasitəsilə fəaliyyət göstərən sürücülər indiki kimi sabit məbləğdə deyil, aylıq gəlirlərinin 1 faizi həcmində sadələşdirilmiş vergi ödəyəcəklər.