Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə |
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücüləri üçün vergi qaydası dəyişir

18.11.2026 14:00 0
Taksi sürücüləri üçün vergi qaydası dəyişir
Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması təklif olunur.

Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Qeyd edilir ki, mövcud vəziyyətdə taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə sabit məbləğlər əsasında, vergitutma obyekti kimi nəqliyyat vasitəsi götürülməklə ödənilir. Mövcud vəziyyətdə bu sektorda yüksək nağd dövriyyə payı və gəlirlərin tam bəyan edilməməsi riski bu sahədə uçot və inzibatçılıq baxımından çətinliklər yaradır. Eyni zamanda, mövcud vergitutma fəaliyyə­tin faktiki həcmini və əldə olunan gəliri nəzərə almadığından, əsas iş kimi tam zamanlı çalışan sürücülərlə əlavə gəlir məqsədilə məhdud müddətdə fəaliyyət göstərən şəxslərin eyni məbləğdə vergi ödəməsinə səbəb olur.

Təklif olunan mexanizmə əsasən, vergitutma obyektinin nəqliyyat vasitəsi deyil, xidmət göstərən icraçı şəxsin gəliri kimi müəyyənləşdirilməsi və fəaliyyətin platformalar və ya sifariş qəbul edən vasitəçilər üzərindən ödəniş mənbəyində 1 faiz dərəcə ilə vergiyə cəlb edilməsi daha ədalətli və dayanıqlı model formalaşdırır.

Bu yanaşma faktiki gəlir əsasında vergitutmanı təmin edir, sürücülər üçün inzibati yükü azaldır, nağdsız və izlənə bilən ödənişləri təşviq edərək şəffaflığı artırır və kölgə dövriyyəsini azaldır. Nəticədə taksi xidmətləri bazarında bərabər rəqabət mühiti güclənir, vergi bazası genişlənir və büdcə daxilolmalarının sabitliyi təmin olunur.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Son xəbərlər