Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır

18.11.2026 13:31 261
Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır
Hərbi xidmətə çağırışdan möhlət almaq üçün xarici universitetlərdə təhsil barədə təqdim olunan sənədlərin yoxlanılması zamanı saxta arayışlar aşkarlanır.

Median.Az
xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, sənədin üzərində möhür və apostilin olması onun məzmununun həqiqiliyini təsdiqləməyə kifayət etmir:

“Baxırsan ki, möhürü də var, apostil də olunub. Amma dərindən yoxlayanda universitetdən cavab gəlir ki, bizim belə şöbəmiz və ya tələbəmiz yoxdur”.

Azər Məmmədov qeyd edib ki, xarici universitetlərdə, o cümlədən doktoranturada təhsil almaqla bağlı təqdim olunan sənədlər araşdırılır.

Onun sözlərinə görə, hər bir hal üzrə ayrıca yoxlama aparılmalı və bundan sonra qərar qəbul olunmalıdır.

“Bakıda da bu istiqamətdə fəaliyyət göstərən bir neçə şirkət var. Mən düşünürəm ki, onların fəaliyyəti bəzən qeyri-qanunidir. Ona görə burada fərdi yanaşmaq lazımdır və hər bir hal araşdırılmalı, sonra isə qərar qəbul olunmalıdır”, – deyə o bildirib.

Xidmət rəisinin müavini bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi üçün təkliflər irəli sürdüklərini də açıqlayıb:

“Biz yeni dəyişikliklərlə bağlı təkliflə çıxış etmişik. Hazırda qanun layihəsi hazırlanıb. Bu istiqamətdə də işlər görüləcək”.(Trend)

Son xəbərlər