Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək

27.08.2026 19:16 132
Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək
Azərbaycanda universitetə qəbul olmayan onlarla şəxs xarici ölkələrdə bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almağı seçir. Əyani təhsil zamanı həmin şəxslərə hərbi xidmətdən müəyyən dövr üçün möhlət verilir. Son bir ildir bir çox ölkələr Şimali Kipr universitetlərində doktorantura təhsili vədi vətəndaşlarını oraya sövq edir. Bu universitetlərdə oxuyan tələbələr isə adətən ilin müəyyən bir qismini həmin ölkədə keçirirlər, dərslərdə demək olar ki, iştirak etmirlər.

Bəs bu cür təhsil alan şəxslərə hərbi xidmət üçün verilən möhlət ləğv edilə bilərmi? Ümumiyyətlə, möhlət hansı hallarda ləğv olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Lent.az-ın sorğusuna cavab olaraq çağırışçının təhsilalmasını təsdiq edən arayışın hər növbəti tədris ili üzrə yenilənməli olduğunu bildirib:

“Müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir. Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxs təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər. Əks təqdirdə həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bununla yanaşı xaricdə təhsil alan çağırışçılar təhsil almaları barədə sənədləri leqallaşdırmalı və ya onlara apostil verilməlidir. Bundan sonra həmin sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə natorial qaydada təsdiq olunmalıdır.

Onu da qeyd edək ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir”.скачать dle 11.3
Mojo.az Banner