Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:57 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı | 12:49 Azərbaycan nefti bahalaşıb | 12:47 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq | 12:29 Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü | 12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda |
Mojo.az Avto
Mojo.az Avto

Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı

18.11.2026 12:57 63
Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı
Abşeronda kişi qardaşının qayınatasını qətlə yetirib.

Oxu.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, "Qobu yolu" deyilən ərazidəki fərdi yaşayış evində baş verib. Hökməli qəsəbə sakini, birgə nikahdan 3 azyaşlı övladı olan Eltun Muradov həyat yoldaşını başqa kişi ilə yazışarkən tutub və ayrılıblar. Qadın valideynlərinin evinə getsə də, övladları Eltun Muradovla qalıb. Amma qadının valideynləri azyaşlı qızı Eltundan almaq istəyiblər. Bu məqsədlə onların arasında mübahisə başlayıb. Qadının valideynləri Eltun barəsində məlumatlar yayaraq onun narkotik vasitə aludəçisi olduğunu bildiriblər. Onun bu xəbərlərdən qəzəblənən qardaşı, 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov gecə saatlarında yaşadığı evdən bıçaq və benzin götürərək Eltunun qayınatasının evinə gedib. O, gecə saatlarında mənzilə daxil olaraq qardaşının arvadının yatdığı otağa keçib. Məhəmmədəli özü ilə gətirdiyi benzini qadının üzərinə tökərək od vurmaq istəyib. Bu vaxt o, yuxudan oyanaraq qışqırıb və valideynlərindən kömək istəyib. Səsə qadının atası, 1964-cü il təvəllüdlü Miribrahim Seyidov gəlib və Məhəmmədəlini tutub. Miribrahim dərhal oğlunu səsləyərək polisə məlumat verməsini istəyib. Bu vaxt Məhəmmədəli əlindəki bıçaqla kişiyə bir neçə zərbə endirərək onu qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə M.Muradov 19 il azadlıqdan məhrum edilib.

Son xəbərlər