Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)

25.08.2026 12:17 534
Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)
Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.

Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.

Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. Onun pəncərənin qoruyucu torunu cıraraq evə daxil olduğu və yatmış vəziyyətdə olan qayınatasını bıçaqladığı iddia edilir.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.

E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.

Qeyd edək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Ağdamda qətl hadisəsi törədilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, hadisə Səfərli qəsəbəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynov şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər