Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu

24.10.2026 13:30 180
Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Kəlbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə bu il saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən “Tesla” parkının qarşısında qeydə alınıb.
 
Belə ki, Zakir Kəlbiyev həmin ərazidən keçərkən əvvəldən tanıdığı zərərçəkmiş Eynur Qafarovu (soyadı şərtidir) görüb və onu yanına çağırıb. Bir müddət söhbət etdikdən sonra o, tanışına zəng etmək bəhanəsi ilə zərərçəkmişdən mobil telefonunu istəyib. Eynurun  qiymətləndirməsinə görə, 30 manat dəyərində olan “İnoi” markalı telefonun içərisində 10 manat dəyərində SİM kart olub.
 
Telefonu götürdükdən sonra Zakir zərərçəkmişdən əlavə olaraq nağd pul da tələb edib. Eynur maddi vəsaitinin olmadığını bildirərək telefonunun qaytarılmasını istəsə də, onun tələbləri nəzərə alınmayıb. Təqsirləndirilən şəxs ərazidən uzaqlaşarkən zərərçəkmiş arxasınca gedərək mobil telefonunu geri istəyib.
 
İttiham aktında göstərilib ki, Zakir həmin gün saat 19:21-də başqa ünvanda Eynurdan yenidən pul tələb edib. Zərərçəkmişin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə ona hücum edən təqsirləndirilən şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr endirib.
 
Nəticədə zərərçəkmişin sol göz yuvası ətrafındakı yumşaq toxumalarda hematoma, həmin gözün ağlı qişasında qansızma, eləcə də sol gicgah nahiyəsində dərialtı hematoma yaranıb. Tibbi qiymətləndirməyə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri hesab edilib.
 
Zakir Eynurun üzərində olan 106 manat nağd pulu və daha əvvəl götürdüyü “İnoi” markalı mobil telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
 
Beləliklə, Eynura məxsus 30 manat dəyərində mobil telefon, 10 manat dəyərində SİM kart və 106 manat nağd pul olmaqla, ümumilikdə 146 manat məbləğində maddi ziyan vurulub. Hadisə təqsirləndirilən şəxsin zor tətbiq etməklə özgənin əmlakını ələ keçirməsi kimi qiymətləndirilib və ona quldurluq ittihamı irəli sürülüb.

Son xəbərlər