Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu

19.08.2026 16:35 309
Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşid Əkbərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin hökmü ilə Rəşid Əkbərova şərti cəza verilib.

İttihama görə, hadisə 2022-ci ildə müxtəlif vaxtlarda şirkətlərdən birinə məxsus olan mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarlarında qeydə alınıb.

Belə ki, Rəşid Əkbərov tanışları Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynov (hər üçünün adı və soyadı şərtidir) anbarlara qapısının açılması yolu ilə qanunsuz daxil olublar. Onlar ümumilikdə 96 270 manat dəyərində əmlakı gizli olaraq talayıblar.

Daha sonra hər üç şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynovun hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Türkiyəyə qaçan Rəşid Əkbərov isə sonradan tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər