Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan ərinin qohumlarını bıçaqlayan gənc qadına hökm oxundu

23.04.2025 14:35 702
Həbsdə olan ərinin qohumlarını bıçaqlayan gənc qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ülviyyə Səmədovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ülviyyə Səmədova 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2023-cü il avqustun 1-də, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Ülviyyə Səmədova kirayə yaşadığı evdə olarkən həmin yerə həyat yoldaşının bibiləri, zərərçəkmişlər - Zülfiyyə və Ruqiyyə Səmədova (hər ikisinin ad və soyadı şərtidir) gəliblər. Onlar təqsirləndirilən şəxsin onu başqa kişilərlə ünsiyyət qurub həbsdə olan həyat yoldaşına xəyanət etməkdə ittiham ediblər. Bu səbəbdən Ülviyyə həmin şəxslərlə mübahisə edib. Bu zamanı Zülfiyyə onun ünvanına nalayiq ifadələr işlədib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, saçından tutaraq yerə yıxıb. Sonra təqsirləndirilən şəxs mətbəx bıçağı ilə fərdi yaşayış evinin həyətində hər iki bacıya bir zərbə endirərək onlara bədən xəsarətləri yetirib.

Hadisədən sonra Ülviyyə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə Səmədova daha əvvəl oğurluq etdiyinə görə Qaradağ Rayon Məhkəməsinin 2022-ci ildə çıxardığı hökmlə 1 il 3 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, lakin cəzasını çəkməyib.скачать dle 11.3
Mojo.az Banner