Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video

09.11.2026 20:50 204
Qələbə xəbərini xəstəxanada eşidən qazi:
Vətənin qəhrəman oğulları kimi o da şərəfli döyüş yolu keçib. 44 günlük Vətən müharibəsində əzmlə vuruşub. Noyabrın 8-də keçirilən əməliyyat zamanı ağır yaralanıb və Qələbə xəbərini müalicə aldığı xəstəxanada eşidib.

Median.Az
Baku TV-yə istinadən xəbər verir ki, söhbət Cəlilabad rayonunun Göytəpə şəhərindən olan Kamran İbrahimovdan gedir. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən hərbçinin döyüş yolu bu gün gənc nəsil üçün nümunəyə çevrilib.

Kamran İbrahimov Şuşayadək uzanan şərəfli döyüş yolundan danışarkən ilk tapşırığının Xocavənd rayonunun Hadrut qəsəbəsindən başladığını bildirib:

"Bəylik kürsümün arxasında asılan bayrağı özümlə götürmüşdüm. Həmin bayrağı çantamda saxlayırdım ki, nə vaxtsa Qarabağımızın hansısa bölgəsində sancım. Şükürlər olsun ki, həmin bayrağı Hadrut qəsəbəsindəki yüksəkliklərdən birinə sancdım. Biz o yüksəkliyi ələ keçirdik və bunun nəticəsində Azərbaycan Ordusunun texnikaları Hadruta daxil ola bildi".

O, noyabrın 8-də Şuşa şəhərində aparılan əməliyyat zamanı yaralandığını da bildirib:

"Azərbaycan bayrağını parlament binasına sancarkən düşmən bütün hava hücumu vasitələrindən istifadə edirdi. Ətrafda yalnız toz-torpaq görünürdü. Raketlərdən biri birbaşa yanımda partladı. Partlayışın zərbə dalğası məni Şuşa qalasına çırpdı.

Noyabrın 8-də Şuşada yaralandım. Ertəsi gün, noyabrın 9-da Füzuli xəstəxanasında gözlərimi açdım. Prezidentin Azərbaycan xalqını təbrik etməsindən sonra xəstəxananın həkimi palataya daxil olaraq hamını yuxudan oyatdı və bizi Qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Ordusu qələbə qazanıb. İnanın, həmin an yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. O sevinc heç nə ilə müqayisə oluna bilməz".



Son xəbərlər