Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu

11.11.2026 19:09 192
Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu
Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən Elməddin Kazımov, Niyaməddin Kazımov, Gündüz Kazımov və Pərviz Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Kazımov 18 il 6 ay, Gündüz Kazımov 17 il 6 ay, Elməddin Kazımov 17 il, Niyaməddin Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü ilin iyun ayında baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə Muraz Məmmədov və Eltəkin Zeynalov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Pərviz Kazımovun qonşuluqda baş verən oğurluq hadisəsini Muraz Məmmədovun törətməsindən şübhələnməsi və bu barədə onun anasına məlumat verməsi olub.

Muraz Məmmədov buna görə Pərviz Kazımova irad bildirib. Pərviz Kazımov isə buna cavab olaraq onu öldürmək məqsədilə qohumları ilə birlikdə plan qurub.

Təqsirləndirilən şəxslər məsələni aydınlaşdırmaq bəhanəsi ilə Muraz Məmmədov və Eltəkin Zeynalovla görüş təyin ediblər. Pərviz Kazımov əvvəlcədən hazırladığı plana uyğun olaraq özü ilə plastik qabda benzin və dəmir boru götürüb.

Görüş zamanı təqsirləndirilən şəxslər Muraz Məmmədov və Eltəkin Zeynalovu zərərsizləşdirərək onların hərəkət imkanlarını məhdudlaşdırıb, daha sonra dəmir boru ilə onlara zərbələr endiriblər. Bundan sonra plastik qabdakı benzini yandıraraq onların üzərinə atıblar.

Nəticədə Muraz Məmmədov ölüb, Eltəkin Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıqlar alıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər