Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

12.11.2026 21:09 75
Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi
Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi məlumat yayıb.

İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad-Pirşağı şossesində baş verib.

Belə ki, “Kia Rio” markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən “Hyundai Santa Fe” markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn “Skoda Rapid” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Kia Rio” markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, “Skoda Rapid” markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər. Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.

Son xəbərlər