Mojo.az Banner
13:22 İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb  |     13:15 Paraqvay Azərbaycana fəxri konsul təyin edib  |     13:13 Meksikada güclü zəlzələ oldu  |     13:04 Dənizdə günvurma və boğulma riskini artıran səhvlər – Həkimdən vacib tövsiyələr  |     12:49 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |     12:35 Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib  |     12:26 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüblər  |     12:16 Yaponiyada 7.1 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan edildi  |     12:03 Abşeronun və Bakının Sabunçu rayonunun BÖYÜK BİR HİSSƏSİ SUSUZ QALACAQ  |     11:58 Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?  |     11:38 Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     11:33 Azərbaycan klubu Senini transfer etdi  |     11:26 Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu  |     11:22 Azərbaycan nefti UCUZLAŞDI  |     11:13 Bu şəxslərə 3 il müavinət veriləcək  |     23:02 Rusiyada poçt işçisi 780 min dollardan çox pul oğurlayıb şöbəni yandırmağa cəhd etdi  |     22:43 Xəzərdəki gəmilərin vurulması təhlükəlidir - Peskov  |     22:38 Kondisioner görün hansı xəstəliklərə səbəb olur – XƏBƏRDARLIQ  |     22:31 Qobustanda yeni avtomobil körpüsü istifadəyə verilib  |     22:25 "Hərbi əməliyyatlar bərpa olunacaq” - Tramp  |    
Left Banner
Right Banner

Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi

07.08.2024 19:28 855
Üç nəfərin ölümünə səbəb olan sürücüyə yüngül cəza verildi
Bu ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda baş vermiş ağır qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, 3 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən hadisəyə görə "Hyundai Santa FE" markalı avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü Qüdrət Mahmudov təqsirləndirilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması - 2 və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə bildirilib ki, qohumları ilə birgə Naxçıvan şəhərindən Şahbuza qəbir ziyarətinə gedən Qüdrət avtomobili təyin edilmiş həddən sürətli şəkildə idarə edib. Yağışlı hava şəraitində saatda 110 kilometr sürətlə hərəkət edən maşın qarşıdan gələn "Vaz 2121" (Niva) markalı avtomobillə toqquşub. Nəticədə həmin avtomobildə olan Zərifə Əliyeva və həyat yoldaşı Mütəllim Əliyev, eləcə də sürücü Məhəmməd Əhmədov aldıqları xəsarətdən həlak olublar. M.Əhmədovun oğlu və "Hyundai Santa FE"də olan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məhkəmə prosesində vəfat edən şəxslərin ailə üzvləri qəzaya səbəb olan sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmənin 5 avqust tarixli hökmü ilə Q.Mahmudova 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib. Bu cəzanın bitməsindən sonra onun sürücülük hüququnun 3 il məhdudlaşdırılması da hökmdə qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner