İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi
2027-ci il üçün orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Eyni zamanda, ÜDM-in 2,7 faiz artacağı gözlənilir. Bu fonda iqtisadi artımın əhalinin gündəlik həyatına, gəlirlərinə və alıcılıq qabiliyyətinə təsiri diqqət çəkir. Xüsusilə qiymət artımları fonunda vətəndaşların sosial rifahının qorunması məsələsi aktuallaşır.
Bu barərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Median.Az-a bildirib ki, 2027-ci il üçün ÜDM-in 2,7 faiz artacağı gözlənilsə də, lakin iqtisadi artım özlüyündə əhalinin sosial rifahının yüksəlməsi demək deyil:
“Burada əsas məsələ iqtisadi artımın vətəndaşların gündəlik həyatında, gəlirlərində və real istehlak imkanlarında nə dərəcədə hiss olunmasıdır. Gələn il üçün proqnozlaşdırılan 5,3 faizlik inflyasiya xüsusilə sabit və aşağı gəlirlə yaşayan ailələrin büdcəsinə əlavə təzyiq göstərə bilər. Çünki inflyasiyanın təsiri bütün əhali qrupları üçün eyni səviyyədə olmur. Gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına, kommunal xidmətlərə, nəqliyyata və dərman vasitələrinə sərf edən aztəminatlı ailələr qiymət artımlarını daha kəskin hiss edirlər”.
R.Sabirin sözlərinə görə, bu baxımdan nominal gəlirlərlə real gəlirlər arasındakı fərq xüsusi əhəmiyyət daşıyır:
“Əgər vətəndaşların əməkhaqları, pensiyaları və digər gəlirləri inflyasiya səviyyəsindən aşağı templə artırsa, onların real alıcılıq qabiliyyəti zəifləyir. Buna görə də inflyasiya şəraitində yalnız gəlirlərin nominal artımına deyil, onların real ifadədə hansı səviyyədə yüksəlməsinə diqqət yetirilməlidir.
ÜDM-in 2,7 faiz artımının proqnozlaşdırılması iqtisadi aktivliyin davam edəcəyinə dair müsbət göstəricidir. Lakin iqtisadi inkişafın uğuru yalnız ümumi daxili məhsulun artım tempi ilə deyil, bu artımın vətəndaşların ailə büdcəsinə, gündəlik istehlak imkanlarına və həyat keyfiyyətinə göstərdiyi təsirlə ölçülməlidir. İqtisadi artımın əhalinin rifahında real əksini tapması üçün yeni iş yerlərinin yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi, əməkhaqlarının artırılması və gəlirlərin daha ədalətli yenidən bölgüsünün təmin edilməsi vacibdir. 2027-ci ildə sosial siyasətin əsas prioritetlərindən biri inflyasiyanın aztəminatlı əhali qruplarına mənfi təsirlərinin yumşaldılması olmalıdır. Bunun üçün pensiyaların indeksasiyası, minimum əməkhaqqının yaşayış xərclərindəki dəyişikliklərə uyğunlaşdırılması, sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi və xüsusilə ərzaq bazarında qiymət sabitliyinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, inflyasiya ilə mübarizə yalnız inzibati qiymət tənzimlənməsi ilə məhdudlaşmamalıdır. Rəqabət mühitinin gücləndirilməsi, yerli istehsalın dəstəklənməsi, idxaldan asılılığın azaldılması və əmək məhsuldarlığının artırılması qiymət sabitliyinin təmin olunmasına və iqtisadi dayanıqlılığın gücləndirilməsinə xidmət edən əsas amillərdir”.