Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında

12.11.2026 17:31 162
Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında
Bakıda sağlamlıq mərkəzinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən sürücüsü Natiq Fətiyev və həmin sağlamlıq mərkəzində qeydiyyatçı işləmiş Fərqanə Quliyevanın barələrindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Natiq Fətiyev və Fərqanə Quliyeva barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 13-nə təyin edilib.

Xatırladaq ki, 2026-cı ilin iyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimlinin baş nahiyəsinə küt alətlə vurularaq öldürüldüyü məlum olub. Hadisəni törətməkdə onun sürücüsü işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdü Natiq Fətiyev və mərkəzdə qeydiyyatçı işləyən Fərqanə Quliyeva şübhəli biliniblər.

Məlum olub ki, mübahisə zəminində öldürülən Babək Rəhimlinin meyiti maşınına qoyularaq Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atılıb. Bu zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Natiq Fətiyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonrakı mərhələsində isə Fərqanə Quliyeva da qətllə bağlı şübhəli şəxs qismində istintaqa cəlb olunaraq həbs edilib.

Təqsirləndirilənlər barədə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə) 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunaraq ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər