Mojo.az Banner
18:20 15 azərbaycanlının olduğu gəmiyə hücum diplomatik gərginlik yaratdı  |     18:05 Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu  |     17:44 Bakı və Abşeronun bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır  |     17:38 Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu  |     17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |     16:47 Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     16:44 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri TƏXİRƏ SALINDI - SƏBƏB  |     16:42 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları  |     16:22 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb - VİDEO  |     15:57 Füzulidə atdan yıxılan uşaq xəstəxanada öldü  |     15:50 Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu  |     15:33 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü  |     15:27 Tərtərdə 65 yaşlı kişi kanalda boğuldu  |     15:09 Misli Premyer Liqası: III tura bu gün iki oyunla start verilir  |     14:17 Məktəblilərdə onurğa problemləri: Yanlış oturuş cərrahi müdaxiləyə səbəb ola bilər  |     14:08 İsmayıllıda kənd məktəbləri bağlandı: Şagirdlərin aqibəti necə olacaq? - Video  |     13:58 Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür  |     13:57 Putinlə Ərdoğanın görüşünün vaxtı məlum oldu  |    
Left Banner
Right Banner

Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

19.01.2026 17:14 390
Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işinin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Babək İbadov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Təqsirləndirilən ittiham aktı ilə tanış olmadığından cinayət işinin məhkəmə baxışına verilməsi təxirə salınıb.

Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 4-ü saat 1 radələrində Nəsimi rayonunun Bəşir Səfəroğlu küçəsində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner