Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar |
Mojo.az Avto
Mojo.az Avto

Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər

12.11.2026 22:48 30
Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər
Yerətrafı orbitdə baş verəcək bir nüvə partlayışı kosmosda süni radiasiya qurşağı yarada və aşağı Yer orbitində fəaliyyət göstərən peyklərin demək olar ki, hamısını sıradan çıxara bilər.

Bu qənaətə Viskonsin-Medison Universiteti, Prinston Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri elmi məqalələrin dərc olunduğu arXiv platformasında yayımlanıb. Bununla belə, tədqiqat hələ elmi ekspertizadan keçməyib.

Alimlər hipotetik ssenari əsasında gücü bir meqaton olan nüvə partlayışının 500 kilometr yüksəklikdə, Cənubi Atlantika üzərində baş verməsinin mümkün nəticələrini modelləşdiriblər. Hesablamalara həmin dövrdə aşağı Yer orbitində fəaliyyət göstərən təxminən 13,3 min peyk daxil edilib.

Modelə əsasən, partlayış nəticəsində yaranan radioaktiv hissəciklər Yer kürəsinin maqnit sahəsinin təsiri ilə orbitdə qalaraq süni radiasiya qurşağı formalaşdırır. Peyklər bu zonadan dəfələrlə keçdikcə radiasiya təsirinə məruz qalır və onların elektron sistemlərində ciddi zədələnmələr yaranır.

Hesablamalar göstərib ki, belə bir ssenaridə peyklərin təxminən 25 faizi ilk 24 saat ərzində, 78 faizi üç gün ərzində, 98 faizi isə bir həftə ərzində fəaliyyətini dayandıra bilər.

Tədqiqatçılar peyklərin radiasiyaya davamlılığının üç dəfə artırıldığı alternativ ssenarini də nəzərdən keçiriblər. Lakin bu halda belə, iki həftə ərzində peyklərin təxminən 97 faizinin sıradan çıxacağı proqnozlaşdırılıb.

Bundan başqa, peyklərin idarəetmə və manevr imkanlarını itirməsi orbitdə toqquşma riskini də artırır. Modelə görə, ilk iki il ərzində təxminən 20 toqquşma baş verə bilər. Bu isə kosmik tullantıların miqdarının artmasına və digər peyklər üçün əlavə təhlükələrin yaranmasına səbəb ola bilər.

Alimlər vurğulayırlar ki, göstərilən rəqəmlər konkret partlayış gücü, peyklərin orbitlər üzrə yerləşməsi və radiasiyadan qorunma səviyyəsi əsasında qurulmuş kompüter modelinin nəticələridir. Buna görə də bu göstəricilər kosmosda baş verə biləcək istənilən nüvə partlayışının universal nəticəsi kimi qəbul edilməməlidir.
//qaynar.az

Son xəbərlər