Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə insanlar Xirosima və Naqasakidə yaşaya bilir, amma Çernobılda yox?

19.03.2025 22:57 819
Niyə insanlar Xirosima və Naqasakidə yaşaya bilir, amma Çernobılda yox?
XX əsrdə üç böyük nüvə fəlakəti baş verib: ikisi Yaponiyada, biri isə Ukraynada. Hər kəs bu faciələrin nə ilə nəticələndiyini bilir, lakin maraqlı sual ortaya çıxır: nəyə görə Xirosima və Naqasakidə insanlar yaşayır, amma Çernobıl insan məskəninə çevrilə bilmir? 

Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşri bu sualın cavabını araşdırıb.

Xirosima və Naqasaki: Partlayışın yerdən yüksəkdə baş verməsi

1945-ci ilin avqustunda ABŞ Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıb. Nəticədə 129 min - 226 min insan həyatını itirib, onların əksəriyyəti mülki şəxslərdir.

Bomba partladıqdan sonra, hadisə yerinə kömək üçün gələnlər radiasiyanın güclü təsirinə məruz qalıblar. Sonrakı illərdə sağ qalanların bir çoxunda leykemiya, müxtəlif xərçəng növləri, inkişaf pozğunluqları və yüksək uşaq ölüm halları müşahidə olunub.

Ancaq Xirosima və Naqasakinin təkrar məskunlaşdırılmasının mümkün olmasının əsas səbəbi bombaların yerdən yüksəkdə partladılması olub. Bu, partlayış gücünü maksimuma çatdırıb, lakin radiasiya səviyyəsini azaldıb.

Çernobıl: Nüvə partlayışından fərqli bir fəlakət

Çernobıl faciəsi isə təsadüfi bir qəza olub. 1986-cı il aprelin 26-da nasaz işləyən nüvə reaktoru partladı və atmosferə böyük miqdarda radioaktiv maddə yayılıb.

Hadisənin ilk dəqiqələrində iki nəfər həlak olub, bir həftə ərzində 28 nəfər yüksək radiasiya səbəbindən həyatını itirib. Bundan əlavə, 600 minə yaxın insan - o cümlədən fəlakətin nəticələrini aradan qaldıran "likvidatorlar" – yüksək dozada radiasiyaya məruz qalıb.

Əsas fərq: Partlayışın xüsusiyyəti

Ekspertlərin fikrincə, əsas fərq nüvə bombası ilə nüvə reaktoru partlayışı arasındadır.

* Xirosima və Naqasakidə bombalar yüksəkdə partladığı üçün radioaktiv maddələrin çoxu atmosferə qarışaraq dağılıb.
* Çernobıl partlayışı isə yer səviyyəsində baş verib və nəticədə 400 dəfə daha çox radioaktiv material atmosferə yayılıb. Bundan başqa, reaktorun qalıqları və radioaktiv tullantılar ətraf mühitə səpələnib.

Radiasiyanın uzunömürlülüyü

Xirosima və Naqasakidə istifadə olunan uran və plutonium əsasən ani təsir göstərən radiasiya yaıb. Çox qısa müddətdə baş verən yüksək radiasiya dozası, həmin anda orada olan insanlara böyük zərər vurub, lakin uzunmüddətli çirklənmə nisbətən az olub.

Çernobılda isə reaktorun içində 180 ton uran-235 var idi və partlayış nəticəsində bu maddələr daha yavaş parçalanan, uzun ömürlü radioaktiv izotoplara çevrilib. Bu izotopların yarı ömrü çox uzundur, yəni onlar hələ uzun müddət ətraf mühiti çirkləndirə bilər.

Bundan başqa, nüvə reaktorları sabit zəncirvari reaksiya üçün nəzərdə tutulub və çox böyük miqdarda radioaktiv yanacaq ehtiva edir. Çernobıldakı partlayış bu maddələrin birbaşa atmosferə qarışmasına səbəb olub.

Nəticə: Niyə Çernobıl yaşayış üçün təhlükəlidir?

Çernobılda hələ də radioaktiv izotoplar mövcuddur və onların parçalanması yüz illər, hətta min illər çəkə bilər. Bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır.

Xirosima və Naqasaki radiasiya səviyyəsi çox daha tez azaldığı üçün insanlar bir müddət sonra həmin ərazilərə qayıda biliblər. Çernobılda isə radioaktiv maddələr torpaqda, bitkilərdə və su mənbələrində qaldığı üçün həmin bölgədə yaşamaq mümkün deyil.

Bu səbəbdən, Xirosima və Naqasaki yenidən qurulmuş və məskunlaşdırılmış şəhərlər olsa da, Çernobıl və onun ətrafı hələ də "qadağan olunmuş zona" olaraq qalır.

Son xəbərlər