Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Uşaq qidalarının qiymətinin baha olmasının səbəbi nədir? - Video

25.03.2026 20:04 528
Uşaq qidalarının qiymətinin baha olmasının səbəbi nədir? - Video
90, 110, hətta 120 manata uşaq yeməkləri... Özü də cəmi 400, yaxud 800 qramı. Bu isə bir uşağa uzağı bir həftə bəs edir...

Paytaxt sakinləri deyirlər ki, uşaq qidalarının qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir.

Apteklərdən bildirildi ki, istər marketlərdə, istərsə də apteklərdə satılan uşaq qidalarının qiyməti qablaşmasına, keyfiyyətinə, tərkinbindəki konservat maddələrə görə dəyişir.

Qeyd edilir ki, karton qutudakı uşaq yeməyi dəmir qablaşdırmaya nisbətən ucuzdur. Üumilikdə isə bazarda 100 manatdan baha uşaq qidası olduğu kimi, 10 manat civarındakına da rast gəlmək mümkündür.

Uşaq qidalarının rəsmi distribütorları ilə də əlaqə yaratdıq. Bildirildi ki, bu qidaların tərkibinə görə qiymətləri fərqlənir. Xüsusilə tərkibində keçi südü olan qidalar daha yüksək qiymətədir.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, uşaq qidaları sahəsində ölkə 100 faiz idxaldan asılıdır. Yerli istehsal yoxdur. Həmin qidalar istehsal edildiyi ölkələrdə də baha başa gəlir.//Xəzər TV

Son xəbərlər