Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni uşaq qidalarının "əl yandıran" qiymətləri - Araşdırma

05.08.2025 21:59 687
Süni uşaq qidalarının
Son dövrlərdə süni uşaq qidalarının qiymətində müşahidə olunan artım valideynləri ciddi şəkildə narahat edir. Körpələrin sağlam inkişafı üçün həyati əhəmiyyət daşıyan bu məhsulların əlçatan olmaması bir çox ailə üçün əlavə maliyyə yükünə çevrilib.

Xüsusilə ana südü ilə qidalandırmaq imkanı olmadığı hallarda süni qidalar alternativ deyil, zərurətə çevrilir. Lakin bu zərurət valideynlərin büdcəsini aşan səviyyədə baha başa gəlir. Hazırda bazarda satılan tanınmış brendlərə aid süni qidaların qiyməti aylıq olaraq yüzlərlə manata qədər qalxa bilir. Bu isə minimum gəlirli və ya birdən çox uşağı olan ailələr üçün böyük çətinliklər yaradır.

Çətinliklər sırasında süni uşaq qidalarının hər kəs üçün əlverişli qiymətdə olmaması da var.

Misal üçün İspaniya istehsalı olan keçi südündən hazırlanan "Mamako" uşaq qidası yalnız xüsusi mağazada və barmaqla sayılacaq apteklərdə satılır.

Ölkəyə gətirilən uşaq qidasının niyə bütün market və ya apteklərdə deyil, məhz bir neçə mağazada satılması da sual doğuran məqamlardandır.

Maraqlı olan məqamlardan biri də həmin qidanın Bakıda satışı ilə məşğul olan şirkətin klinikalarda üstüörtülü reklamının aparılmasıdır. Belə ki, klinikaların doğum şöbələrində ana südü ilə qidalana bilməyən uşaqlara məhz həmin qidanın verilməsidir. Daha sonra həmin qidanın satışı ilə məşğul olan şirkətin vizit kartının yeni ana olan qadınlara verilərək "qidaları burdan əldə edə bilərsiniz" deyilməsidir.

Əlçatmaz uşaq qidaları sırasında təkcə "Mamako" deyil, "Nenni", "Kendamil", "Kabrita" kimi keçi südündən hazırlandığı deyilən qidalar da daxildir. Bu qidalar əlçatmaz olmaqla yanaşı, qiymət baxımından "əl yandıran" qidalar kateqoriyasına aiddir.

Keçi südündən hazırlanan süni uşaq qidalarının qiymətini təqdim edirik:

"Mamako" uşaq qidasının 400 ml - 50.50 AZN
"Mamako" uşaq qidasının 800 ml -94.50 AZN
"Nenni" uşaq qidasının 800 ML -115.40
"Kabrita" uşaq qidasının 400 ml -70.40 AZN
"Kabrita" uşaq qidasının 800 ml- 127.95 AZN
"Kendamil" uşaq qidasının 800 ml -109 AZN-dir.

Süni uşaq qidalarının qiymətinin niyə bu qədər baha olması ilə bağlı "Azad İstehlakçılar Birliyi"nin Eyyub Hüseynova sual ünvanladıq.

O, AZXEBER.COM-a açıqlamasında deyib kı, qiymət siyasəti özü-özünü tənzimləyir və bu səbəbdən uşaq qidası istənilən qiymətə satıla bilər:

"İlk onu qeyd edim ki, ölkədə illər öncə erkən yaşlı körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Həmin qanunun bir sıra maddələrində çox istehlakçılar üçün əhəmiyyətli olan anlar var. Belə ki, qanun körpə qida distributorlarının pediatrlarla əlaqəsini qadağan edir. İllər boyu da "Azad İstehlakçılar Birliyi" bu məsələni təqib edir. Acı da olsa qeyd edim ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi Avropa ölkələrindən xeyli geri qalır.

İllərdir ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizinin 44 faiz olduğunu düşünürdüm. Lakin bu ilin martında Beynəlxalq Uşaq Təşkilatı Azərbaycanda tədbir keçirdi, ölkənin məsul şəxslərindən biri ana südü ilə əmizdirmə faizinin 28 faiz olduğunu bildirdi. Belə bir şəraitdə, əlbəttə, körpə qıdaları baha olacaq, çünki tələb təklifi üstələyir".

Eyyub Hüseynov süni uşaq qida distributorlarının pediatrlarla əməkdaşlıq etdiklərini deyib:

"Körpə qida distributorları pediatrlarla sıx əlaqədə işləyirlər, yəni pediatrlara haqq verirlər və Azərbaycan dünyanın az ölkələrindən biridir ki, körpə doğulanda anadan ayrılırlar, hansı ki, 3 saat ananın sinəsi üzərində qalmalıdır. Doğum evlərində pediatrlar körpə anadan olan kimi süni qida ilə qidalandırırlar. Bu çox pis bir haldır və Azərbaycanda ana südü ilə əmizdirmə faizi aşağı düşdüyü üçün problemlər də yaşanacaqdır. Təkcə qidanın qiymətində deyil, uşaqların intellektual məsələsində də problemlər olacaqdır. "Azad İstehlakçılar Birliyi" sədri olaraq biz İBFAN deyilən, ana südü ilə əmizdirməyə dair beynəlxalq bir şəbəkənin üzvüyük. Dəfələrlə beynəlxalq tədbirlərdə iştirak emişəm. Azərbaycanda süni qidaların niyə belə baha olması bizi çox maraqlandırır. Biz pediatrlarla süni qida distribütorlarının əlaqəsini kəsmək üçün çox iş görmək istəyirik. Bir hadisəni xüsusi qeyd edim ki, bundan sui- istifadə edən insanlar 5 il öncə Azərbaycanda eşşək firması açmaq istədilər.

İddia edirdilər ki, guya eşşək südü anan südünə əvəzdir. Həddindən artıq primitiv, axmaq yanaşmadır. O firmanın açılmasının qarşısını biz aldıq. Bir sözlə, qiymətin baha olması, hökumətin bu qiymət siyasətinə qarışmaması, qıda distribütorləri ilə pediatrların sıx əlaqəsi onlara haqq verilməsi, tələbin təklifi üstələməsi məsələsi kimi çox təəssüfedici hallar var və bunun qarşısı mütləq hökumət səviyyəsində alınmalıdır".скачать dle 11.3
Mojo.az Banner