Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb

05.10.2026 21:51 150
Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb.

Median.Az
bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.

Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb – 28,6 %. Yasamalda qiymətlər 25,6 %, Nəsimidə 23,1 %, Nizamidə isə 21,1 % yüksəlib.

Xəzər rayonunda bahalaşma 19,1 %, Nərimanovda 18,6 %, Xətaidə isə 15,6 % təşkil edib.

Nisbətən aşağı artım Binəqədidə (14,1 %), Sabunçuda (11,6 %), Suraxanıda (10,6 %), Pirallahıda (8,1 %) və Qaradağda (7,6 %) müşahidə olunub.

Avqusta nisbətən isə Bakıda torpaq sahələri 1,8 % bahalaşıb. Ən yüksək qiymət artımı yenə də Səbaildə qeydə alınıb -3,25 %. Yasamalda qiymətlər 2,9 %, Nəsimidə 2,6 %, Nizamidə isə 2,3 % yüksəlib.

Xəzər rayonunda artım 2,1 %, Nərimanovda 2 %, Xətaidə isə 1,6 % təşkil edib.

Nisbətən aşağı artım Binəqədidə (1,4 %), Sabunçuda (1,1 %), Suraxanıda (1 %), Pirallahıda (0,7 %) və Qaradağda (0,6 %) müşahidə olunub.

Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.

AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.скачать dle 11.3
Mojo.az Banner