Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır

28.01.2026 20:15 570
Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır
Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı faktiki olaraq 9,4 % təşkil edib: "2026-cı ildə bu göstəricinin 6,5 %-ə, 2027-ci ildə isə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Bu dinamika bazarda əvvəlki illərlə müqayisədə daha sabit və balanslı qiymət artım mərhələsinin formalaşdığını göstərir".

V. Oruc qeyd edib ki, 2026-cı ildə artımın əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacağı gözlənilir: "Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 %, Nərimanovda 7,8 %, Yasamalda 7,4 %, Xətaidə 7,2 %, Nəsimidə isə 6,8 % artacağı proqnozlaşdırılır. Digər rayonlarda artım tempi nisbətən zəif olacaq. Nizami rayonunda 5,6 %, Binəqədidə 5,4 %, Suraxanıda 5,9 % artım gözlənildiyi halda, Sabunçuda 4,2 %, Xəzərdə 3,6 %, Qaradağda 3,4 %, Pirallahıda isə cəmi 2,9 % artım ehtimal edilir. Ümumilikdə Bakı üzrə orta artım göstəricisi 6,5 % səviyyəsində qiymətləndirilir".

Onun sözlərinə görə, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə keçəcəyi gözlənilir: "Həmin il paytaxtda yüksək artımın yenə də mərkəzi rayonlarda qeydə alınacağını gözləyirik. Səbaildə qiymətlərin 6,9 %, Yasamalda 6,1 %, Nəsimidə 5,7 %, Nərimanovda isə 5,6 % yüksələcəyi gözlənilir. Şəhərin kənar ərazilərində isə artım aşağı olacaq. Pirallahıda 4 %, Qaradağda 4,4 %, Xəzərdə 4,6 % artım proqnozlaşdırılır".

AQC sədrinin fikrincə, artım tempinin tədricən azalması daşınmaz əmlak bazarında kəskin bahalaşma mərhələsinin başa çatdığını və qiymətlərin daha sabit dinamikaya keçdiyini göstərir: "Bu isə həm alıcılar, həm də investorlar üçün daha proqnozlaşdırıla bilən və balanslı bazar şəraiti yaradır".

Son xəbərlər