Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaxın iki ildə yeni mənzillərin qiymətində hansı dəyişikliklər gözlənilir?

30.01.2026 14:08 558
Yaxın iki ildə yeni mənzillərin qiymətində hansı dəyişikliklər gözlənilir?
Bakı şəhərində yeni tikili mənzillər bazarında son illərdə müşahidə olunan yüksək qiymət artımı növbəti illərdə daha mülayim templə davam edəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bazar tədricən sabitləşmə mərhələsinə keçir və kəskin bahalaşma dövrü geridə qalır.

"2025-ci ildə yeni tikililər üzrə orta çəkili qiymət artımı təxminən 15 % təşkil edib. Lakin 2026-cı ildə bu göstəricinin 9,5 %-ə, 2027-ci ildə isə 6,7 %-ə qədər enəcəyi proqnozlaşdırılır. Təklifin artması, yeni layihələrin reallaşdırılması və alıcılıq qabiliyyətinin nisbətən zəifləməsi bazarda artım tempini aşağı salan əsas amillərdir".

V.Oruc qeyd edib ki, 2026-cı ildə Bakı üzrə orta qiymət artımı 9,5 % səviyyəsində gözlənilsə də, paytaxtın rayonları arasında fərqlər qalacaq.

"Ən yüksək dinamika mərkəzə yaxın və infrastruktur baxımından cəlbedici ərazilərdə müşahidə ediləcək. Belə ki, Yasamal rayonunda qiymətlərin 10,9 %, Nərimanovda 10,8 %, Səbaildə 10,5 %, Xətaidə isə 9,4 % artacağı proqnozlaşdırılır. Nizami və Binəqədidə artım müvafiq olaraq 7,7 % və 8,4 % səviyyəsində olacaq. Şəhərin kənar ərazilərində isə artım daha zəif olacaq. Sabunçuda qiymətlərin 6,1 %, Suraxanıda 6,7 %, Xəzərdə 6,2 %, Qaradağda 5,9 %, Pirallahıda isə cəmi 4,2 % yüksələcəyi gözlənilir".

Ekspertin proqnozlarına görə, 2027-ci ildə bazarda sabitləşmə prosesi daha da güclənəcək və Bakı üzrə orta qiymət artımı 6,7 % təşkil edəcək:

"Gələn il də əsas dinamika yenə mərkəzi rayonlarda müşahidə olunacaq. Yasamalda qiymətlərin 7,8 %, Səbaildə 7,5 %, Nərimanovda 7,4 %, Xətaidə 7,1 % artacağı bildirilir. Digər ərazilərdə isə artım 6-7 % intervalında dəyişəcək, Qaradağda 4,6 %, Pirallahıda isə 4 % səviyyəsində gözlənilir".

V.Orucun sözlərinə görə, bazar artıq "kütləvi bahalaşma" mərhələsindən çıxaraq "selektiv artım" mərhələsinə keçir.

"Yəni yalnız keyfiyyətli layihələr, mərkəzə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə qiymətlər daha sürətlə yüksələcək, periferik zonalarda isə qiymət artımları məhdud səviyyədə qalacaq. Artıq qiymətlər əvvəlki illərdəki kimi sıçrayışlı şəkildə artmayacaq. Bazar daha balanslı və proqnozlaşdırılan olacaq", – deyə ekspert əlavə edib.скачать dle 11.3
Mojo.az Banner