Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq

05.10.2026 21:50 126
Bakıda özünü “Azəriqaz” QSC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub.

Məhkəmədə elan olunmuş ittihama əsasən, təqsirləndirilən şəxs əvvəllər qaz təsərrüfatı sahəsində çalışıb. O, sonradan həmin işdən ayrılmasına baxmayaraq, özünü şirkətin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qaz xətti çəkilməsi və qaz sayğaclarının quraşdırılmasında köməklik göstərə biləcəyini vəd edib.

İttihama görə, o, vətəndaşlardan birindən Bakı şəhərindəki evinə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması müqabilində 3 135 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib və pulu qaytarmayıb.

Digər zərərçəkmişdən də eyni üsulla 3 000 manat aldığı bildirilib.

Növbəti epizodda isə təqsirləndirilən şəxs vətəndaşlardan birinə Səbail rayonunda yerləşən evə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılmasına kömək edəcəyini deyərək müxtəlif vaxtlarda 600, 400 və 200 manat, yəni ümumilikdə 1 200 manat alıb.

Başqa bir epizod üzrə isə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması üçün vətəndaşdan müxtəlif tarixlərdə 2 800, 200 və 100 manat, ümumilikdə 3 100 manat pul aldığı qeyd olunub.

Beləliklə, ittihama əsasən, ayrı-ayrı şəxslərdən ümumilikdə 10 435 manat pul alınıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilib. O, əvvəllər qaz idarəsində işlədiyini, qaz sayğaclarının quraşdırılması ilə bağlı müəyyən əlaqələrinin olduğunu bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi) ilə təqsirli bilib. Ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Müttəhimin tutulduğu 4 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner