Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Hakimə çatacaq" deyib 154 min manatdan çox pul aldı

06.07.2026 21:11 372
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü müxtəlif dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqla külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs S.Ə. zərərçəkənlərin etibarını qazanmaq üçün müxtəlif vaxtlarda özünü Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin əməkdaşı kimi təqdim edib. O, cinayət işləri üzrə köməklik göstərəcəyi, məhkumun cəzasının azaldılmasına və ya bəraət almasına nail olacağı, dövlət qurumlarında işə düzəldəcəyi, pensiyanın bərpasını təmin edəcəyi, eləcə də hava limanında işlə təmin edəcəyi barədə yalan vədlər verərək müxtəlif məbləğlərdə pul alıb.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkənlərdən birindən xaricdə axtarışda olan şəxsin Azərbaycana gətirilməsi və dəymiş ziyanın ödənilməsinə köməklik edəcəyi adı ilə 3 min manat, digər zərərçəkəndən oğlunun Ali Məhkəmədə bəraət alaraq azadlığa buraxılacağı vədi ilə ümumilikdə 130 min manat alaraq mənimsəyib.

Bundan başqa, o, bir nəfərin dayandırılmış əlillik pensiyasının bərpası üçün 6 min manat, başqa bir şəxsin həyat yoldaşını Bakı Hava Limanında işə düzəldəcəyi adı ilə 1 500 manat, daha iki nəfərdən isə dövlət qurumunda işlə təmin olunacaqları vədi ilə ümumilikdə 8 040 manat alıb.

Həmçinin təqsirləndirilən şəxs özünü Ali Məhkəmənin əməkdaşı kimi təqdim edərək başqa bir zərərçəkmişə oğlunun cəzasının azaldılmasına kömək edəcəyini bildirib və bu məqsədlə 5 800 manat pul vəsaitini ələ keçirib.

Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə külli miqdarda dələduzluq kimi qiymətləndirib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, əvvəllər ona tətbiq olunmuş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunub və əvvəlki cəzanın çəkilməmiş hissəsi yeni cəzaya qismən birləşdirilib. Nəticədə ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İbtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət cəzadan çıxıldığından, məhkumun üzərində qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər