Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

12.05.2026 15:43 474
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Vətəndaşlara müxtəlif vədlər verərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şəbnəm İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, iş üzrə 3 zərərçəkmiş şəxs var və istintaq dövründə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Daha sonra dövlət ittihamçısı Rauf Malışov işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

Zərərçəkmiş Baxış Məmmədov məhkəməyə vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan heç nə qaytarmayıb və onun barəsində qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib.

Qərara əsasən, zərərçəkmiş şəxsin vəsatəti təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin ilk baxış iclası mayın 20-nə təyin edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər