Mojo.az Banner
Son Xəbərlər
13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ

20.10.2026 13:08 489
Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ
Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və neft-qaz gəlirlərindən asılılığın azaldılması iqtisadi diversifikasiyanı əsas prioritetlərdən birinə çevirir. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionlarda yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin artırılması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın neft və qaz gəlirlərindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində hansı konkret addımların atılması nəzərdə tutulur?

İqtisadi diversifikasiyanın regionların inkişafına və yeni iş yerlərinin yaradılmasına təsirini artırmaq üçün kiçik və orta sahibkarlara hansı əlavə dəstək mexanizmləri tətbiq edilə bilər?

Qeyri-neft sektorunun inkişafı nəticəsində əldə olunan iqtisadi artımın əhalinin gəlirlərinin yüksəlməsinə, məşğulluğun artmasına və sosial rifahın yaxşılaşmasına necə təsir etməsi nəzərdə tutulur?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov bildirib:
"İqtisadiyyatın diversifikasiyası Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu, qeyri-neft və qaz sektorunun inkişafının daha da dəstəklənməsi anlamına gəlir".

Mikro, kiçik və orta sahibkarlar üçün güzəşt mexanizmlərinin olduğunu deyən millət vəkili əlavə edib:

"Bu mexanizmlərin təkmilləşdirilməsi də həyata keçirilir. Sadələşmiş vergi dövriyyəsi bu ildən etibarən 200 min manatdan 400 min manata qədər artırıldı. Xüsusən də onlayn ödənişlərin təşkil edilməsi yolu ilə sadələşdirilmiş vergi dövriyyəsinin artırılması reallaşdı".

Millət vəkili qeyd edib ki, əslində, bu gün Milli Məclisdə keçirilən iclasda təklif etdiyimiz istiqamətlərdən biri də məhz pos-terminallar üzrə tariflərin azaldılması ilə bağlıdır. Düşündük ki, bu istiqamətdə azalmaların tətbiq olunması bütövlükdə mikrosahibkarların hesablamalarını stimullaşdıracaq.

Vüqar Bayramov sonda vurğulayıb ki, bu, mikro, kiçik və orta sahibkarların dəstəklənməsi baxımından vacibdir. Eyni zamanda təşviq mexanizmlərinin genişləndirilməsi də vacib məqamlardandır. Xüsusilə də bölgələrimizdə daha çox güzəşt və təşviq alətlərindən istifadə etməyə ehtiyac var. Çünki qeyri-neft, qaz sektoru daha çox paytaxtda deyil, həm də bölgələrimizdə inkişaf etdirilməlidir. Bu da təbii ki, balanslı iqtisadi inkişafın qorunması yönündə çox vacibdir.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər