Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama
Restoran və kafelərdə menyuda göstərilən qiymətlə hesab təqdim edilərkən müştərinin ödədiyi məbləğin fərqli olması ilə bağlı narazılıqlar zaman-zaman gündəmə gəlir. Bəzi hallarda menyuda qeyd olunan qiymətə xidmət haqqı, əlavə ödənişlər və digər xərclərin sonradan əlavə edilməsi hesabın gözləniləndən daha yüksək çıxmasına səbəb olur.
Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov Median.Az-a açıqlamasında deyib ki, menyudakı qiymət istehlakçı üçün son qiymət olmalıdır:
“Xidmət haqqı, xüsusi tədbir vəya musiqi üçün ödəniş kimi əlavə ödənişlər aydın və əvvəlcədən ifadə edilməlidir. Yaxud da menyudakı qiymət bu xərclər də daxil olmaqla formalaşdırılmalıdır. Hesabda sonradan peyda olan əlavələr əvvəlcədən bildirilməyibsə müştərilər narazı olmaqda haqlıdır. Mübahisəli məsələlərin həlli ilə bağlı müvafiq instutlar və prosedurlar olsa da ən böyük ictimailəşdirilən narazılıq biznes üçün daha zərərlidir”.
Aysel