Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?

20.10.2026 13:00 615
12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?
Azərbaycan Respublikasının Ali Məhkəməsi hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu göstərib və ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edib.

Birinci instansiya məhkəməsi məhkumun ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb və təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə isə müəyyən edib ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə istinad etməklə əvvəllər təyin olunmuş cəzanın yenidən fərdiləşdirilməsi barədə müraciət hökmün icrası qaydasında məhkəmə baxışının predmeti ola bilməz.

Bildirilib ki, cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət təqibinin tərkib hissəsidir və cinayət işinə mahiyyəti üzrə baxılması zamanı həyata keçirilir. Hökm qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra isə təyin edilmiş cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş maddi hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür.

Ali Məhkəmə vurğulayıb ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilmiş məsələlərə baxa bilərlər. Bu səbəbdən məhkəməyə daxil olan müraciət üzrə ilk növbədə onun məhkəmənin prosessual səlahiyyətinə aid olub-olmadığı müəyyən edilməlidir.

Hazırkı işdə isə məhkumun sonradan zərərçəkmiş şəxslə barışmasına əsaslanaraq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi yolu ilə cəzasının azaldılması barədə müraciətinə hökmün icrası qaydasında baxılması üçün qanuni prosessual əsas mövcud olmayıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin müraciəti icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb, apellyasiya instansiyası məhkəməsi isə yol verilmiş prosessual pozuntunu aradan qaldırmayıb.

Ali Məhkəmə qeyd edib ki, bu hüquqi mövqe zərərçəkmiş şəxslə barışıq faktının və onun cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi anlamına gəlmir. Məsələ yalnız belə bir müraciətə hökmün icrası qaydasında baxılması üçün qanuni mexanizmin mövcud olmaması ilə bağlıdır.

Yekunda Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarını ləğv edib. Məhkumun cəzanın azaldılması barədə ərizəsinin hökmün icrası qaydasında icraata qəbul olunmasından imtina edilib.

Son xəbərlər