Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA

20.10.2026 11:52 678
Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA
Azərbaycanda dərman və tibbi ləvazimatların satışına xərclənən vəsait artmaqda davam edir. Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı 1 milyard 386,4 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz artım deməkdir. Satış həcminin yüksəlməsi dərman preparatlarına tələbatın artması ilə yanaşı, qiymət dəyişiklikləri və əhalinin səhiyyə xərclərinin artması kimi amillərlə də bağlı ola bilər.

Azərbaycanda dərman və tibbi ləvazimatların satışına xərclənən vəsaitin bir il ərzində 21,5 faiz artmasını hansı iqtisadi amillərlə izah etmək olar?

Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Median.Az-a açıqlamasında deyib ki, statistik məlumatların təhlili göstərir ki, 2026-cı ilin ötən dövründə tibbi ləvazimatların və dərman vasitələrinin idxalında qeydə alınan artım əsasən həmin məhsulların qiymətlərinin yüksəlməsi ilə bağlıdır:

“Rəsmi məlumatlara görə, müvafiq dövrdə əczaçılıq məhsullarının qiymətləri 35,7 faiz, tibbi ləvazimatların idxal qiymətləri isə 60 faiz artıb. Bu kontekstdə məsələyə yanaşdıqda, 2026-cı ilin ötən dövründə Azərbaycana idxal olunan dərman vasitələrinin, əczaçılıq məhsullarının və tibbi ləvazimatların real həcmində azalma qeydə alındığı qənaətinə gəlmək olar. Sadəcə, müvafiq sahədə qiymət artımları nəticəsində idxala nominal ifadədə daha çox vəsait yönəldilib. Qiymət artımına təsir göstərən amillər arasında geosiyasi vəziyyətlə əlaqədar nəqliyyat və logistika xərclərinin yüksəlməsidir. İstifadə olunan marşrutların yeniləri ilə əvəzlənməsi nəticəsində əlavə xərclərin yaranması, yanacağın bahalaşması, eləcə də istehsal və təchizat zəncirində xərclərin artması xüsusi yer tutur”.

Aysel

Son xəbərlər