Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər
Bakıda yerləşən “Yaşıl bazar”da amerikalı turistə kürü adı ilə saxta məhsul satıldığı iddia olunur. Məlumata görə, turist məhsulun dadına baxaraq onu alıb, lakin otelə qayıdıb yemək istəyəndə kürünün saxta olduğunu anlayıb. Hadisə qida məhsullarının satışında istehlakçıların aldadılması və saxta məhsulların orijinalından necə fərqləndirilməsi məsələsini yenidən gündəmə gətirir. Bəs təbii kürünü saxta məhsuldan necə ayırd etmək olar? Alış-veriş zamanı hansı əlamətlərə diqqət yetirmək, saxta məhsulun tələsinə düşməmək üçün hansı tədbirləri görmək lazımdır?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib:

Məhsəti Hüseynova əlavə edib ki, bu, qiymət baxımından nə qədər bahalı hesab, olunsa da ucuz qiymətə təklif olunursa, elə ilk növbədə saxtalığı şübhə doğurur. Eyni zamanda, açıq qabda və etiketsiz məhsullar almağı da tövsiyyə etmirəm. Xüsusilə də kürü, daha tez xarab olmağa və zülal mənşəli hesab edildiyinə görə, belə qidalardan daha diqqətli olmaq lazımdır.
Ekspert qeyd edib ki, məhsulların saxlama şəraitinə də diqqət olunmalıdır. Belə məhsulların günəş altında satışı yolverilməzdir.
Çəkiyə və ödənişə də diqqət çəkən mütəxəsis deyib:
Dəniz Pənahova
Median.Az
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib:

"Təbii kürü Azərbaycanın vazkeçilməz qidalarından hesab olunsa da, bir çox hallarda insanlar kürü alarkən aldanırlar. Bazarlarda saxta, süni yollarla hazırlanmış kürülər də var. Eyni zamanda baş verən bu hadisə ilə bağlı konkret labarator analizlər olmalıdır. Həmçinin, satış məntəqələrində kürünü alan zaman dadmaq üçün istehlakçılara təbii olanı göstərə bilərlər".
Mütəxəssisin sözlərinə görə, həddindən artıq ucuz qiymətə olan, mənşəyi bəlli olmayan, keyfiyyət sertifikatı göstərilməyən, dövlət nəzarətindən keçdiyinə dair hər hansı bir sənəd təqdim edilməyən yerlərdən məhsullar almaq şübhəli və riskli hesab olunur.Məhsəti Hüseynova əlavə edib ki, bu, qiymət baxımından nə qədər bahalı hesab, olunsa da ucuz qiymətə təklif olunursa, elə ilk növbədə saxtalığı şübhə doğurur. Eyni zamanda, açıq qabda və etiketsiz məhsullar almağı da tövsiyyə etmirəm. Xüsusilə də kürü, daha tez xarab olmağa və zülal mənşəli hesab edildiyinə görə, belə qidalardan daha diqqətli olmaq lazımdır.
Ekspert qeyd edib ki, məhsulların saxlama şəraitinə də diqqət olunmalıdır. Belə məhsulların günəş altında satışı yolverilməzdir.
Çəkiyə və ödənişə də diqqət çəkən mütəxəsis deyib:
"Bəzən məhsulun çəkisini, qiymətini və qəbzini yoxlamadan, hər hansı bir bankada və qabda məhsullar alırlar. Burada da vətəndaşlar çəkidə aldadıla bilərlər. Keyfiyyətli məhsul olsa belə, istehlakçı hüquqlarının pozulması kimi hallar baş verə bilər".
Məhsəti Hüseynova təbii kürünü ayırd etmək üçün vacib məqamlardan söz açıb:"Labarator analiz və mənşəyi təsdiq edən sənədlər məhsulun orginallığını sübut edən amillərdəndir. Ancaq bəzən müxtəlif cür evdə yoxlamalar da olur ki, bunları da istifadə etməklə, təbii kürünü saxta kürüdən seçə bilərlər. Süni kürü daha çox qatqı maddələri ilə hazırlanır. Bəzən ona təbii balıq qoxusu verən xüsusi aromalardan da istifadə olunur. Hazırlanmasında isə jelatindən, yosun ekstratından və müxtəlif kimyəvi elementlərdən istifadə edilir. Süni kürünü qızdırdıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayırır. Lakin təbii kürü balıq yumurtası olduğu üçün bəzən öz formasını saxlayır. Qızdırdıqda, isti suya saldıqda o zülalın bişməsi baş verir. Bu da onun topaqlanması və yaxud parçalı hissələrdə olduğunu göstərir. Yəni, tamamilə ərimir".
Mütəxəssis sonda vurğulayıb ki, vətəndaşlar təbii kürü haqqında məlumata sahib deyillərsə, bu zaman satıcının şifahi məlumatlarına inanmasınlar. Çünki kürünün həm dənəcikləri, həm də ölçüsü, rəngi quruluşu balığın növünə görə dəyişir. Bəzən süni kürüdə də dənəciklər həddindən, artıq eyni ola bilər. Bu, sadəcə olaraq ilkin əlamətlərdir. Çünki süni kürünü də təbii kimi hazırlayırlar.Dəniz Pənahova
Median.Az