Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA

20.10.2026 13:42 612
Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA
Azərbaycanda çörək istehsalı və satışı ilə bağlı tətbiq olunan ƏDV güzəştinin müddətinin başa çatması qarşıdakı dövrdə qiymətlərlə bağlı suallar yaradıb. Güzəştin yanvarın 1-dən qüvvədən düşməsi istehsalçıların xərclərinə və məhsulun maya dəyərinə müəyyən təsir göstərə bilər. Bununla yanaşı, çörəyin son satış qiymətinin formalaşmasına unun qiyməti, enerji və logistika xərcləri, əməkhaqqı və digər amillər də təsir edir. Buna görə güzəştin ləğvinin qiymətlərə necə və hansı həcmdə təsir edəcəyi ayrıca müzakirə olunur.

ƏDV güzəştinin yanvarın 1-dən dayandırılması çörəyin maya dəyərinə və son satış qiymətinə necə təsir edə bilər?

Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, un məhsullarının, buğdanın idxalının və çörək istehsalının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti başa çatsa da, onun uzadılması mümkündür:

“Un və çörək məhsullarının bahalaşması hökumətin hazırkı sosial siyasətinin məqsədlərinə uyğun deyil. Son illərdə ərzaq qiymətlərinin sürətlə artması, un və çörək məhsullarının isə əhalinin, xüsusilə sosial baxımdan həssas təbəqələrin gündəlik ərzaq büdcəsində mühüm yer tutması güzəştin davam etdirilməsini zəruri edə bilər. Vergi güzəştinin ləğvi yerli buğda istehsalının və un istehsalının avtomatik olaraq artmasına səbəb olmayacaq. Azərbaycanda yerli buğda istehsalı ümumi buğda tələbatının 55-60 faizini, ərzaqlıq buğdaya olan tələbatın isə yalnız 25 faizini ödəyir. Hökumətin ölkə daxilində ərzaqlıq buğda istehsalını artırmaq planları olsa da, hazırkı mərhələdə vergi güzəştlərinin ləğvi bu istiqamətdə ciddi nəticə verməyəcək. Əksinə, güzəştlərin ləğvi un məhsullarının qiymətinin 18 faizədək artmasına səbəb ola bilər”.

Onun fikrincə, un və çörək məhsullarına tələbat qiymət dəyişikliklərinə az həssasdır:
“Yəni qiymətlər artsa belə, bu məhsulların istehlak həcmi ciddi şəkildə azalmır. Buna görə də vergi güzəştinin ləğvi istehlakçıların xərclərini artıra, eyni zamanda, ərzaq inflyasiyasına əlavə təzyiq yarada bilər. Ərzaq qiymətlərinin yüksək olduğu hazırkı şəraitdə un və çörək məhsullarının bahalaşmasına səbəb ola biləcək addımlar hökumətin sosial siyasətinin məqsədlərinə uyğun deyil. Bu səbəbdən o, ƏDV güzəştinin müddətinin uzadılacağını gözləyir. Güzəştin davam etdirilməsi yerli istehsalın artırılması problemini həll etməsə də, hazırkı mərhələdə qiymət artımının qarşısının alınması baxımından əhəmiyyətlidir”.

Aysel

Son xəbərlər