Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

27.04.2024 18:04 1 743
Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)
"Çörəyin qiymətinin aşağı enməsi çörək istehsalçılarının insafına qalıb. Hazırda çörəyin qiymətinin ucuzlaşması üçün zəmin var. Məsələn, 70 qəpiyə satılan təndir çörəyinin maya dəyəri 30 qəpikdir. Deməli, bir çörəyi 40 qəpik bahasına satırlar. Zavod çörəyinin də maya dəyəri 30 qəpikdir. Onun qiymətini 20 qəpik azaltmaq imkanları var".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dünya bazarında 2024-cü ildə buğdanın qiymətinin aşağı enməsinin çörək və unun qiymətinə təsirlərindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycana idxal edilən buğdanın qiymətinin aşağı düşməsi çörək istehsalında maya dəyərinin azalmasına təsir göstərməlidir:

"Dünya bazarında buğdanın qiymətinin ucuzlaşması dərhal unun və onun ardınca da çörəyin ucuzlaşmasına gətirib çıxartmalıdır. Lakin bunu müşahidə etmirik. 2022-ci ildən bəri zavod çörəyi adı ilə tanınan çörək 3 dəfə 5 qəpik, yəni ümumilikdə 15 qəpik çivarında ucuzlaşıb. 65 qəpikdən 50 qəpiyə düşüb. Bu da yalnız zavod çörəyinə aiddir. Digər çörəklərin qiyməti əvvəlki qaydada qalıb. Bunun da səbəbləri inhisarçılıqla əlaqədardır".

Akif Nəsirli qarşıdakı aylarda çörəyin qiymətinin aşağı enməsinə inanmadığını vurğulayıb:

"Yəni, onların rəqibi olmadığından çörəyin ucuzlaşması barədə düşünmürlər. Çörək hazırda az qala maya dəyinin iki qatına satılır. Amma gördüyümüz kimi ucuzlaşmır. Ucuzlaşma üçün qarşıdakı dövrdə zəmin olacaq. Maya dəyəri bir qədər aşağı düşəcək. Amma onu sahibkarlar nəzərə alacaqmı? Bunun üçün zamana ehtiyac var".

Son xəbərlər