Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA

03.11.2026 15:45 480
Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA
Son günlər bazarlarda soğanın qiymətində artım müşahidə olunur. Paytaxt bazarlarında məhsulun bir kiloqramı 1 manata qədər yüksəlib. Bölgələrdə də qiymət artımı qeydə alınır. Satıcılar bahalaşmanı məhsulun əvvəlki dövrlə müqayisədə az olması ilə əlaqələndirirlər. Bəs soğanın qiymətindəki artımın əsas səbəbləri nədir və yaxın dövrdə qiymətlərin daha da yüksəlməsi ehtimalı varmı?

Bununla bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Median.Az-a açıqlamasında deyib ki, soğanın qiymətinin artmasını yalnız məhsulun bazarda azalması ilə izah etmək düzgün olmaz:
“Bu prosesə mövsümi amillər, əvvəlki məhsul ehtiyatlarının tükənməsi, yeni məhsulun bazara çıxarılma həcmi, saxlama xərcləri və idxal qiymətləri təsir göstərə bilər. Azərbaycanda soğan istehsalı mövsümi xarakter daşıyır. Məhsulun bir hissəsi yığımdan sonra anbarlarda saxlanılaraq ilin sonrakı aylarında satışa çıxarılır. Ehtiyatlar azaldıqca bazarda təklif zəifləyir və bu da qiymətlərin yüksəlməsinə şərait yaradır. Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, ötən il soğan istehsalında azalma olub. 2024-cü ildə 364,4 min ton soğan istehsal edildiyi halda, 2025-ci ildə bu rəqəm 346,4 min tona düşüb. Yəni istehsal təxminən 5 faiz azalıb. Eyni zamanda, soğan ixracının 25,8 min tona çatması daxili bazarda təklifə müəyyən təsir göstərə bilər”.
O qeyd edib ki, Azərbaycan soğan idxalından da istifadə edir:
“2025-ci ildə ölkəyə 15 min tona yaxın soğan idxal olunub. Bu, əvvəlki illə müqayisədə 70 faizdən çox artım deməkdir. Əsas idxal ölkələri İran, Rusiya, Qazaxıstan və Özbəkistandır. Bu rəqəmlər göstərir ki, yerli istehsal daxili tələbatın əsas hissəsini ödəsə də, bazarda idxalın da müəyyən rolu var. Qarşıdakı aylarda soğanın qiymətində müəyyən artım ehtimalı qalır. Çünki qış aylarında məhsulun saxlanması, anbarlardan bazara çıxarılması və daşınma xərcləri qiymətə təsir edir. Bundan başqa, hava şəraiti və idxal məhsullarının qiymətindəki dəyişikliklər də mühüm rol oynayacaq. Lakin indiki mərhələdə qiymətlərin kəskin şəkildə yüksələcəyini söyləmək üçün əsas yoxdur. Əgər idxal davamlı olarsa və bazara kifayət qədər məhsul çıxarılarsa, qiymət artımının qarşısını almaq mümkün olacaq”.

Son xəbərlər