Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər

24.09.2026 16:40 195
Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər
Mövsümi məhsulların bazara daha çox çıxarılması bəzi meyvə və tərəvəzlərin qiymətində ucuzlaşmaya səbəb ola bilər. Xüsusilə məhsul bolluğunun yarandığı dövrlərdə təklifin artması qiymətlərin aşağı düşməsi ilə nəticələnir. Lakin qiymətlərin formalaşmasında yalnız məhsulun həcmi deyil, onun maya dəyəri, daşınma, saxlanma və satış xərcləri də mühüm rol oynayır. Bu səbəbdən mövsümi ucuzlaşmanın nə qədər davam edəcəyi həm bazardakı təklif və tələbdən, həm də məhsulun istehsal və logistika xərclərindən asılıdır. Bəs mövsümi məhsulların qiymətindəki ucuzlaşma nə qədər davam edə bilər və istehlakçıların daha münasib qiymətlərlə məhsul alması üçün bazarda hansı şərtlər formalaşmalıdır?

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövsümi məhsulların qiymətində ucuzlaşma əsasən məhsulun bazara kütləvi daxil olduğu dövrdə davam edir:

“Bu müddət məhsulun növündən, istehsal həcminə, yığım vaxtına və saxlanma imkanlarına görə dəyişir. Tez xarab olan meyvə və tərəvəzlərdə qiymət azalması bir neçə həftə davam edə bilər, çünki fermer məhsulu uzun müddət saxlaya bilmədiyi üçün bazara çıxarmağa məcbur olur. Saxlanma imkanları olan məhsullarda isə ucuzlaşma daha uzun müddət davam edə bilər. İstehlakçının daha aşağı qiymətlərlə məhsul alması üçün əsas şərt bazarda təklifin artması və məhsulun istehsalçıdan istehlakçıya daha az xərclə çatdırılmasıdır. Əgər məhsul bol olduğu halda daşınma, anbar, yanacaq və digər xərclər yüksəkdirsə, məhsulun maya dəyəri qiymətin ciddi şəkildə aşağı düşməsinə imkan vermir. Eyni zamanda vasitəçilərin sayının çox olması da tarladan çıxan qiymətlə pərakəndə satış qiyməti arasında böyük fərq yarada bilər. Buna görə davamlı ucuzlaşma yalnız məhsul bolluğu ilə deyil, logistikanın yaxşılaşdırılması, soyuducu anbarların genişləndirilməsi, fermerlərin birbaşa satış imkanlarının artırılması və bazarda rəqabətin gücləndirilməsi ilə bağlıdır. Əks halda mövsümi ucuzlaşma qısa müddətli xarakter daşıyacaq və məhsulun yığım dövrü başa çatdıqdan sonra qiymətlər yenidən yüksələ bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner