Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

İntensiv yağışların təsiri: Hansı meyvələrin qiyməti arta bilər?

01.06.2026 15:56 480
İntensiv yağışların təsiri: Hansı meyvələrin qiyməti arta bilər?
Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan intensiv yağışlar kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Bəzi ərazilərdə meyvə bağlarının su altında qalması, məhsul itkisi və yığım prosesində yaranan çətinliklər fermerlər arasında narahatlıq yaradıb.

Bəs, təsərrüfata dəyən zərər mövsümi meyvələrin qiymətində bahalaşmaya səbəb ola bilərmi? Hazırkı vəziyyət bazarda hansı dəyişikliklər yarada bilər və istehlakçılar yaxın aylarda qiymətlərlə bağlı nə gözləməlidirlər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirilib ki, son günlər müşahidə olunan intensiv yağışlar bəzi bölgələrdə kənd təsərrüfatına ciddi təsir göstərib.
İqtisadçının sözlərinə görə, meyvə bağlarının su altında qalması, məhsulun bir hissəsinin məhv olması və yığım prosesində yaranan çətinliklər bazara çıxarılan məhsulun həcminin azalmasına səbəb ola bilər.

Mütəxəssisin fikrincə, zərərin miqyasından asılı olaraq bəzi mövsümi meyvələrin qiymətlərində artım müşahidə oluna bilər. Xüsusilə tez xarab olan və yığım dövründə olan məhsullarda təklifin azalması qiymətlərə təsir göstərər.

"Bununla yanaşı, daşınma və yığım xərclərinin artması da satış qiymətlərində öz əksini tapa bilər.
Bununla belə, bazarda kəskin bahalaşmanın olub-olmayacağı hələlik məhsul itkisinin ümumi həcmi və alternativ təchizat imkanlarından asılıdır. Əgər digər bölgələrdə məhsuldarlıq normal səviyyədə qalarsa, qiymət artımları məhdud ola bilər. Əks halda, yaxın aylarda bəzi meyvələrin daha baha satılması ehtimalı yüksəlir", — deyə A. Nəsirli əlavə edib.

Akif Nəsirli sonda qeyd edib ki, istehlakçılar qarşıdakı dövrdə xüsusilə mövsümi meyvələrin qiymətlərində müəyyən dəyişikliklər görə bilərlər. Lakin bazardakı vəziyyət hava şəraitinin necə davam etməsindən və fermerlərin itkilərinin real miqyasından asılı olaraq formalaşacaq.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner