Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

27.05.2026 13:06 552
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
May ayının son günlərində müşahidə olunan güclü leysan yağışları kənd təsərrüfatına ciddi təsir göstərməyə başlayıb.

Median.Az
ölke.az-a istinadla xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, hava şəraitinin bu cür davam etməsi bəzi meyvələrin azalmasına və bazarlarda qiymət artımına səbəb ola bilər.

Xüsusilə ərik, gilas, albalı, çiyələk və alça kimi mövsümi meyvələr leysanlardan daha çox zərər görür. Güclü yağış nəticəsində meyvələr çatlayır, çürüyür və ağacdan vaxtından əvvəl tökülür. Bu isə məhsul itkisini artırır.

Məhsulun azalması birbaşa bazardakı qiymətlərə təsir edir. Əgər yaxın günlərdə yağışlı hava davam edərsə, mayın sonu və iyun ayında bəzi yerli meyvələrin qiymətində ciddi artım müşahidə oluna bilər.

Fermerlər bildirirlər ki, artıq bəzi bağlarda ilkin zərərlər görünməyə başlayıb. Torpaqda həddindən artıq rütubət göbələk xəstəliklərini artırır, bu da məhsulun keyfiyyətini aşağı salır və satış üçün yararlı meyvələrin sayını azaldır.

Mütəxəssislər hesab edirlər ki, bazara çıxarılan məhsul azaldıqca qiymətlər mərhələli şəkildə yüksələcək. Xüsusilə yerli və təzə meyvələrdə bahalaşmanın daha çox hiss ediləcəyi proqnozlaşdırılır

Son xəbərlər