Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video

20.05.2026 11:39 933
Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video
Ərik, nektarin, gilas, tut... Artıq yaz mövsümünə uyğun meyvələr bazar və mağaza piştaxtalarını bəzəməyə başlayıb. Meyvələrin yalnız görünüşü deyil, qiymətləri də bir-birindən fərqlənir.

Ölçüsü daha iri olan meyvələr daha yüksək qiymətə satılır, nisbətən kiçik və fərqli ölçüdə olan məhsullar isə daha ucuz təklif edilir.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bu il meyvələrin qiyməti əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Onlar bunu havaların qeyri-sabit keçməsi və məhsuldarlığın azalması ilə əlaqələndirirlər.

Alıcıların isə qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri qiymətlərin yüksək olduğunu desə də, digərləri mövsümün əvvəlində bu halın normal olduğunu düşünür.

Satıcılar yaxın həftələrdə bazarda məhsul bolluğunun artacağını, bunun da qiymətlərə təsir edərək daha münasib səviyyəyə enməsinə səbəb olacağını bildirirlər.

Son xəbərlər