Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz

31.08.2026 13:21 519
Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz
Yayın geridə qalması ilə payız mövsümündə ərzaq qiymətlərinin hansı istiqamətdə dəyişəcəyi əsas müzakirə mövzularından birinə çevrilir. Mövsümi məhsulların bazara daha çox çıxması bəzi meyvə-tərəvəzlərin qiymətində ucuzlaşmaya səbəb ola bilər. Lakin hava şəraiti, məhsuldarlıq, istehsal və logistika xərcləri kimi amillər ümumi qiymət dinamikasına təsir göstərə bilər. Bu fonda ət və digər gündəlik tələbat məhsulları ilə yanaşı, idxaldan asılı ərzaqların qiymətində mümkün dəyişikliklər də diqqət mərkəzindədir.

Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, mövsümü keçən meyvə-tərəvəz bahalaşır:

“Bunun konkret olaraq hansı illə bağlılığı yoxdur. Nə 2000-ci illə, nə də 1996-cı illə əlaqələndirmək olar. Mövsümü keçən meyvə-tərəvəzlər bahalaşır. Eyni zamanda, mövsüm başlamazdan əvvəl də meyvə-tərəvəzin qiyməti yüksək olur. Səbəb nədir? Mövsüm ərzində qiymətlərin aşağı düşməsinin əsas səbəbi bazara çoxlu məhsul çıxmasıdır. Mövsüm başa çatdıqdan sonra isə bazara daha az məhsul daxil olur. Üstəlik, məhsullar artıq tarladan deyil, anbarlardan çıxarılır. Anbar sahibləri də məhsulu müəyyən müddət saxlayırlar ki, daha baha qiymətə sata bilsinlər. Təbii ki, məhsulun saxlanması əlavə xərc tələb edir. Yükləmə, daşınma, boşaltma, saxlama və məhsulun xarab olması ilə bağlı risklər bunların hamısı son qiymətə təsir göstərir. Buna görə də mövsüm başa çatdıqdan sonra meyvə-tərəvəzin qiymətinin artması normal haldır. Ümumi inflyasiya isə tamam başqa məsələdir”.

O bildirib ki, mövsümdənkənar aylarda qiymətlərin yüksəlməsinin təbii səbəbləri var:

“İdxal məhsullarının bahalaşmasına gəlincə, bunun əsas səbəbləri dünyadakı müharibələr və qlobal inflyasiyadır. Müharibələr və neft qiymətlərinin artması nəticədə inflyasiyanın yüksəlməsinə gətirib çıxarır. Neft qiymətlərinin bahalaşması dövlət üçün müsbət amil olsa da, inflyasiyanın artması baxımından əhali üçün mənfi təsir yaradır. Ərzaq idxalının qiymətlərinin artımının payız mövsümü ilə birbaşa əlaqəsi yoxdur. Bu, neft qiymətlərinin yüksəlməsi, Qara dənizdə Rusiya-Ukrayna müharibəsi çərçivəsində qarşılıqlı zərbələr, gübrə qiymətlərinin artması, Hürmüz boğazında yaranan məhdudiyyətlər və daşınma xərclərinin yüksəlməsi kimi amillərlə bağlıdır. Yəni bahalaşma olacaq. Lakin mövsümlə birbaşa əlaqəli olan əsasən meyvə-tərəvəz məhsullarıdır. Digər ərzaq məhsullarının qiymətindəki artım isə qlobal amillərin təsiri ilə adi qaydada davam edə bilər”.

Aysel

Son xəbərlər