Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Hava ilə bağlı vacib xəbərdarlıq: Bu məhsullar bahalaşa bilər

02.06.2026 22:48 417
Hava ilə bağlı vacib xəbərdarlıq: Bu məhsullar bahalaşa bilər
Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan aramsız və intensiv yağışlar kənd təsərrüfatı sahələrində narahatlıq yaradıb. Yağıntıların əkin sahələrinə, məhsulun keyfiyyətinə və yığım prosesinə təsir göstərə biləcəyi bildirilir.
 
Bəs davam edən yağışlar bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb olacaqmı?
 
Median.Az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əlverişsiz hava şəraiti kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərir.
 
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”
 
Onun sözlərinə görə, aramsız və güclü yağışlar əkin sahələrinin su altında qalmasına, məhsulların zədələnməsinə və yığım prosesinin çətinləşməsinə səbəb ola bilər:
 
“Belə hallarda bazara çıxarılan məhsulun həcmi azalır. Təklifin azalması isə bir çox kənd təsərrüfatı məhsulunun qiymətinin yüksəlməsi ilə nəticələnəcək. Eyni zamanda, bəzi məhsullarda keyfiyyət itkisi yaranır ki, bu da onların bazar dəyərinə mənfi təsir göstərir. Nəticədə yağışların təsiri həm qiymət artımı, həm də məhsulun keyfiyyətində dəyişikliklər şəklində özünü göstərəcək”.
 
Ekspert hesab edir ki, yağıntıların davam etməsi və kənd təsərrüfatı sahələrinə vurduğu ziyanın miqyası yaxın aylarda bazardakı qiymət dinamikasına da təsir göstərəcək. Hazırda isə vəziyyətin inkişafı hava şəraitinin necə dəyişəcəyindən asılıdır.

Son xəbərlər