Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda yağan qar kənd təsərrüfatına ziyan vurub

24.02.2025 19:31 594
Cəlilabadda yağan qar kənd təsərrüfatına ziyan vurub
Cəlilabad rayonunda üç gündür yağan güclü qar kənd təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, son günlərdə yağan aramsız qar və şaxtalı hava şəraiti rayondakı əkin sahələrinə, meyvə bağlarına və istixana təsərrüfatlarına ciddi ziyan yetirib.

Fermerlər bildiriblər ki, son illərdə rayonda istixana təsərrüfatına üstünlük verilir. Lakin son yağan qar və havaların sərt keçməsi bu sahəyə də mənfi təsir göstərir. Belə ki, yağan qarın ağırlığı istixana konstruksiyalarına təsir edərək, onların dağılmasına və nəticədə bitkilərin məhvinə səbəb olur.

Həmçinin fermerlər qeyd ediblər ki, şaxtanın təsiri nəticəsində təzə pöhrələnmiş kartof kollarının donması gözlənilir, bu da məhsuldarlığa təsirsiz ötüşməyəcək.

Kənd təsərrüfatı mütəxəssisi İmran Babayevin sözlərinə görə, hazırda yağan qarın kənd təsərrüfatı üçün su balansının yaranmasında böyük köməyi olacaq. Bununla belə, o, şaxtalı hava şəraitində bəzi kənd təsərrüfatı məhsullarının qorunmasının vacibliyini vurğulayıb:

"Çiyələk sahələrində demək olari, məhsul istixana şəraitində yetişdirilir. Bu istixanaların da əksəriyyəti kustar üsulla düzəldilib. Nəticədə yağan qarın ağırlığına dözməyən istixanalar çökür və dağılır. Bu vəziyyət fermerlərin zərər çəkməsinə səbəb olur. Fermerlər həmçinin yazlıq əkinləri çox erkən apardıqları üçün hava şəraiti kəskin dəyişdikdə, təsərrüfatlar ciddi ziyan dəyir".

Son xəbərlər