Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il taxıl bol olacaq, kartof isə... - Ekspertdən açıqlama

27.02.2025 11:41 666
Bu il taxıl bol olacaq, kartof isə... - Ekspertdən açıqlama
"Neçə gündür kəskin hava şəraiti və aramsız yağan qarın kənd təsərrüfatına böyük faydası olacaq".

Bu barədə açıqlamasında sabiq deputat, kənd təsərrüfatı üzrə ekspert Əli Əlirzayev deyib. 

Onun sözlərinə görə, qarın taxıl sahələrinə verdiyi fayda saymaqla bitməz:



Bu il taxıl həddən artıq bol olacaq. Bundan əlavə torpağa can verəcək, sanki torpaq yenidən diriləcək. Görün neçə illərdir ki, Azərbaycana belə qar yağmamışdı, bu, bütün xəstəliklərə şəfadır. Bu gün yağan qarın xeyri zərərlərindən daha çoxdur. Xüsusi ilə də kənd təsərrüfatı məhsulları üçün. Qar təmizlikdir, ekoloji tarazlıqdır. Qışdırsa, onun şaxtası da, qarı da olmalıdır". 

Əli Əlirzayev qarın kartof sahələrinə vurduğu ziyandan danışıb:

"Əgər kartof sahələrində əkilən kartof göyərmişdisə, onu mütləq şaxta vuracaq. Şaxta olubsa, bu, mütləq kartofa ziyan vuracaq, donacaq. Don açılanda isə artıq o tələf olacaq. Amma etiraf edək ki, əksər rayonlarda taxıl əkini üstünlük təşkil edir". 

Son xəbərlər