Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı |
Mojo.az Avto
Mojo.az Avto

Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim"

31.10.2026 13:38 291
Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs:
Mingəçevirdə 26 yaşlı kişi həyat yoldaşını "TikTok" və "Instagram" sosial şəbəkələrində başqa kişilərlə yazışdığına görə öldürməyə cəhd edib.

Hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində baş verib.

Şəhər sakini, 2000-ci il təvəllüdlü Emin Kərimov ailəli olub və bu nikahdan bir övladı dünyaya gəlib. O, bir müddət Sumqayıt şəhərində mühafizəçi işləyib, daha sonra Mingəçevirə qayıdaraq bərbər kimi fəaliyyətini davam etdirib. Emin həyat yoldaşını da mağazada işə düzəldib.

Bir gün evə qayıdarkən həyat yoldaşının "TikTok"da tanımadığı bir kişi ilə yazışdığını görüb. Qadın da bunu etiraf edib. Bildirib ki, subay olduğu vaxt bir oğlanla tanış olub, ailə qurduqdan sonra isə onunla münasibətini kəsib. Həyat yoldaşının sözlərinə inanan Emin onu boşamayıb və birlikdə yaşamağa davam etmək qərarına gəlib.

Bir müddət sonra Emin həyat yoldaşının yenidən başqa bir kişi ilə yazışdığını aşkar edib. Bu dəfə qadının "Instagram" sosial şəbəkəsində də başqa kişi ilə ünsiyyətdə olduğunu görüb.

Həmin gün axşam evə gələn Emin yataq otağında həyat yoldaşı ilə bu barədə danışıb. Lakin qadın deyilənləri inkar edib. Buna əsəbiləşən Emin ona 16 bıçaq zərbəsi endirərək öldürməyə cəhd edib. Daha sonra həyat yoldaşı üçün təcili tibbi yardım çağırıb və onun xəstəxanaya çatdırılmasını istəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən E.Kərimov həyat yoldaşını öldürmək niyyətinin olmadığını bildirib:

"Mənim onu öldürmək fikrim olsaydı, baş və boğaz nahiyəsindən zərbələr endirmək imkanım var idi. Həmin vaxt azyaşlı oğlum da otaqda yox idi. Öldürmək yox, qorxutmaq istəyirdim. Ailəmin dağılmasını istəmirdim. Ona görə də birinci dəfə yazışmasını tutanda bağışladım. İkinci dəfə faktı etiraf etmədi, mən də qorxutmaq istədim. Sonradan özümdə olmamışam".

Prosesdə ifadə verən zərərçəkmiş qadın isə ikinci dəfə başqa kişi ilə yazışdığını qorxduğu üçün etiraf etmədiyini bildirib. O, həyat yoldaşından şikayətçi olmadığını deyib.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə E.Kərimovun əməlinin Cinayət Məcəlləsinin 29, 120.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsinə qərar verib.

Hökmə əsasən, E.Kərimov 3 il müddətinə azadlıqdan məhrum edilib.
//oxu.az

Son xəbərlər